Karlos Tevesin oğurlanmış atasını azad ediblər

İtaliyanın “Yuventus” futbol klubunun argentinalı hücumçusu Karlos Tevesin oğurlanmış atası azad olunub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 8 saat ərzində girov saxlanılan Tevesin atası sağ-salamatdır.

Cinayətkarlar Argentinanın paytaxtı Buenos-Ayresdən 20 km aralıda yerləşən Moron şəhərində girov götürdükləri Sequndo Teves üçün pul tələb ediblər. Atalarını girovluqdan azad etmək üçün Teveslər ailəsi 37 min avro ödəməli olub.

Hadisə iyulun 29-u, səhər saatlarında baş verib. Sequndo Teves “Volkswagen Vento” avtomobilinin sükanı arxasında olarkən tapança ilə hədələnərək qaçırılıb. İlkin məlumata görə, cinayətkarlar 3 nəfər olublar.
Şərhlər
İdman bölməsinin xəbərləri