Emin Ağalarov: "Hər həftə ailəmi görmək üçün Londona uçuram"

Emin Ağalarov: "Hər həftə ailəmi görmək üçün Londona uçuram" Rusiyada yaşayan azərbaycanlı milyonçu Araz Ağalarovun oğlu, tanınmış biznesmen və bəstəkar-müğənni EMİN Rusiya mətbuatına müsahibə verib.


Live.az-ın-in Fraufluger-ə istinadən verdiyi məlumata görə, müsahibədə bəstəkar-müğənni ilk işindən, ailəsindən və yaradıcılığından bəhs edib.

Müsahibədən bəzi hissələri ANS-in tərcüməsindən təqdim edir.


- İlk pulunuzu necə qazandığınızı xatırlayırsız?

- İlk maaşımı 14-15 yaşında almışam. Amerikada mağazanın elektronika şöbəsində işləyirdim. Pis qazanmırdım - saata 4 dollar 50 sent. İşə velosipedlə gedirdim, düzdür orada çox qalmadım. Sonra restoran, yanacaqdoldurma məntəqəsi - müxtəlif yerlər oldu. O vaxt ailə saxlamırdım, acından ölmürdüm, sadəcə eksperiment etmək maraqlı idi. 17 yaşımdan isə eBay-la məşğul olmağa başladım. Tətildə Rusiyaya uçanda, hava limanında bir necə komandir saatı, mücrü, matryoşka aldım. Onları pay vermək əvəzinə, internetdə satmağa qərar verdim. Zamanla bu böyük biznesə çevrildi. eBay-da mən "powerseller" oldum, həftədə 2000 hərrac keçirirdim. İnstitutda oxuyanda, eBay mənim əsas gəlir mənbəyim oldu. İlk maşını mənə atam hədiyyə etmişdi, ikincisinə isə pulu özüm qazanmışdım.

- Sizin ailəli statusunuz çoxlarına rahatlıq vermir. Əgər sizin adınızı axtarış sistemlərinə versək, boşanmanız haqqında da xəbərlər görürük. Bu, pərəstişkarlarınızın təxəyyülüdür?

- Birincisi, şayiələrə inanmayın. Həyat yoldaşımla vaxtımızın böyük qismini ayrı-ayrı ölkələrdə keçirirk. Ola bilər ki, bu şayiələr buna görə yayılır. Mən buna zəmin görmürəm. O, uşaqlar ilə Londondadır, mən isə Moskvada. Hər həftə ailəmi görmək üçün ora uçuram. Bu mənim üçün vacibdir. Həyat yoldaşım artıq iki dildə - rus və ingilis dilində nəşr edilən "Bakı" jurnalının buraxlışı ilə məşğuldur, fəal ictimai fəaliyyəti var. O da mənim kimi çox məşğuldur.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Motosikl, velosipedlə, aeroxizək (propeller vasitəsilə hərəkət edən motorlu xizək), boks, futbolla. İlin müxtəlif fəsillərində müxtəlif idman növləri ilə. Bir az oxuyuram, bir az kinonu sevirəm. Öz iPad-mı sevirəm, bəzən hətta oyun oynayıram.

- Necə çatdırırsız?

- Mənim çox gərgin qrafikim var. Amma özümlə tək qaldığım anlar da olur. Bu lap gecə, uşaqlar yatanda olur. İstəyirəm "Twitter"i açım, xəbərləri vərəqləyim, kinoya baxım, kitab oxuyum. Əsas nə ilə məşğul olmaq deyil, əsas odur ki, öz işlərindən ayrılırsan.

- Öz uşaqlarınız üçün necə tale istəyirsiz - yaradıcı ya biznes?

- Özlərini reallaşdıra biləcəkləri sahədə xoşbəxtlik. Əgər uşaqların biznes və ya musiqi xoşuna gəlmirsə, onları bu işlə məşğul olmağa vadar etmək axmaqlıqdır. Özümdən xatırlayıram: anam uşaqlıqda məni musiqi ilə məşğul olmağa vadar edirdi, mən isə skripkanın tellərini qoparır, dərsdən qaçırdım. Oxu ilə də eyni şey. Özüm bunların mənə lazım olduğuna qərar verənə kimi bu iki işə nifrət edirdim. Məni heç vaxt bizneslə məşğul olmağa vadar etməyiblər. Sadəcə atam biznes üzrə təhsil almağımı məsləhət gördü. Amma uşaqlarım yolumu davam etdirmək istəsələr, xoşbəxt olaram.

- Uşaqlarınızı sizi tərbiyə etdikləri kimi tərbiyələndirmək istəyirsiz?

- Bilirsiz, biz düzgün, təhsilli uşaqlar yetişdirməyə çalışırıq. İstərdik ki, onlar xarici dil bilsinlər. İndi onlar Rus, Azərbaycan və ingilis dillərini öyrənirlər. Daha sonra onların normal məktəbə getməsini, nənə, baba, valideyn diqqətindən ərköyünləşməmələrini istərdik. Hələ ki, çətindir, evdə oyuncaq yerdən çoxdur. Onlar yenilərini hələ təzə açsalar da, artıq yeni hədiyyələr tələb edirlər (gülür). Bir tərəfdən onların tərbiyəsi ilə məşğul olmaq lazımdır, amma sən ciddi, bezdirici ataya çevriləcəksən. Digər tərəfdən bizim evdə bu işin neşə həll edildiyini xatırlayıram. Tərbiyə ilə əsas ana məşğul olurdu, ata isə örnək, orient idi. O, mənə demək olar ki, heç nə - pis, yaxşı, hə, yox demirdi. Amma mən onun ümidini boş çıxarmaq istəməmişəm, indi də istəmirəm. Mənim artıq 33 yaşım var, amma mənim başımda hələ də şüuraltı bu an var. Mənə elə gəlir ki, bu tərbiyə üçün elə də pis variant deyil. Bir şərtlə - əgər sən ömürboyu öz uşaqların üçün örnək ola bilsən. Çox vaxt uşaq da böyüməyə başlayanda, valideynlərinin elə də ağıllı olmadığını düşünməyə başlayır. Mən isə hələ də valideynlərimə təəccüblənirəm. Xüsusilə atamın müdrikliyinə, dünyagörüşünə. Əgər mən belə ata olsam, çox xoşbəxt olaram.



Emin Ağalarov: "Hər həftə ailəmi görmək üçün Londona uçuram"
Emin Ağalarov: "Hər həftə ailəmi görmək üçün Londona uçuram"
Emin Ağalarov: "Hər həftə ailəmi görmək üçün Londona uçuram"
Emin Ağalarov: "Hər həftə ailəmi görmək üçün Londona uçuram"Emin Ağalarov: "Hər həftə ailəmi görmək üçün Londona uçuram"Emin Ağalarov: "Hər həftə ailəmi görmək üçün Londona uçuram"
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri