Xaçmazda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb
- 30.07.2014, 19:23,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Quba rayonu Barlı kənd sakini Fariz Şahkərimovun idarə etdiyi “Wolsvagen-Passat” markalı avtomaşın idarəetmənin itməsi səbəbindən yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü və maşında olan iki nəfər - 53 yaşlı Məlahət Şahkərimova və bir yaşlı Güllü Şahkərimova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.