Rejissor Kənan M. M. sərbəst buraxılıb

Rejissor Kənan M. M. sərbəst buraxılıb Həbsdə olan rejissor Kənan Mahmudov (Kənan M. M.) sərbəst buraxılıb.

Bu barədə APA-ya hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib. O, bildirib ki, K. Mahmudov Binəqədi rayon Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.

Qeyd edək ki, Kənan M. M. Vüqar Muradov adlı müğənninin şikayət ərizəsi əsasında iyulun 29-da həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham elan edilib. Lakin sonradan V. Muradov şikayət ərizəsini geri götürüb.

Bundan sonra Kənan Mahmudov azadlığa buraxılıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Hadisə bölməsinin xəbərləri