Müdafiə Nazirliyi: Azərbaycan əsgəri erməni snayperinin açdığı atəş nəticəsində həlak olub
- 31.07.2014, 19:51,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Müdafiə Nazirliyi cəbhədə atəşkəsin pozulması nəticəsində həlak olan hərbi qulluqçu ilə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 31-də saat 17.00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Döyüş mövqeyində təhlükəsizlik qaydalarının pozulması nəticəsində Silahlı Qüvvələrimizin 1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu düşmən tərəfindən açılan snayper atəşi nəticəsində həlak olub.