“Lukoyl” prezidenti Ukraynadakı YDM-lərin satılmasının səbəblərini açıqlayıb
- 31.07.2014, 19:53,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Lukoyl” Ukraynadakı yanacaqdoldurma məntəqələrini gəlirin aşağı düşməsinə və “Sağ sektor” qruplaşmasının törətdiyi əngəllərə görə satıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Lukoyl” şirkətinin Vahid Ələkbərov “Rossiya 24” kanalına müsahibəsində deyib.
“Ukraynada satışımız kəskin şəkildə düşür. Bu il satış həcmi 42 faiz az olub. Üstəgəl, bizim bir neçə yanacaqdoldurma kompleksimiz avtomobillərlə blokadaya alınmışdı. Bu, qəza vəziyyəti yarada bilərdi. Ona görə də bu amillər bizi şəbəkəni satmağa vadar etdi”, – deyə V.Ələkbərov qeyd edib.
“Sağ sektor” qruplaşması tərəfindən əngəllərin törədildiyini deyən V.Ələkbərov hər ay Ukrayna ordusu üçün 3 ton benzin tələb edildiyini bildirib.
Xatırladaq ki, şirkət rəhbərliyi bu gün Ukraynadakı YDM şəbəkəsini Avstriyanın “Amic Energy Management GmbH” şirkətinə satdığını bəyan edib. Razılaşmanın məbləği açıqlanmır.