Müdafiə Nazirliyi: Son 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbi qulluqçusu həlak olub
- 01.08.2014, 20:36,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdafiə Nazirliyi son günlər ərzində Azərbaycan Ordusunn cəbhədə gedən döyüşlər zamanı verdiyi itkilərin sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, işğalçı Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.
Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.
Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.
Nazirliyin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi məlumatında ölən və yaralanan hərbi qulluqçularımızın adları açıqlanmır.