Qobuda vulkan püskürməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib

Bakının Qobu qəsəbəsinin vulkan püskürməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Abşeron rayon İcra Hakimiyyətinin Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən APA-ya verilən xəbərə görə, vulkan püskürməsi baş verməyib: “Yayılan xəbərlər şayiədir. Qobu ərazisində palçıq vulkanın püskürməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb”.

AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev isə APA-ya açıqlamasında bu barədə onların da mətbuatdan xəbər tutduqlarını deyib. Onun sözlərinə görə, sabah həmin əraziyə gediləcək və oraya baxışdan sonra dəqiq məlumat vermək mümkün olacaq: “Sakinlərin sözlərinə əsasən indi həmin ərazidə vulkanın püskürdüyünü demək olmaz. Əraziyə baxış keçirildikdən sonra vulkanın baş verib-vermədiyi barədə məlumat veriləcək”.
Şərhlər
Sosial bölməsinin xəbərləri