Əhməd Davudoğlu Azərbaycan xalqına başsağlığı verib

Əhməd Davudoğlu Azərbaycan xalqına başsağlığı verib Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ötən gün Azərbaycan-Ermənistan cəbhə xəttində düşmənin həmləsini dəf edərkən 8 əsgərin şəhid olması ilə əlaqədar Türk xalqı və dövləti adından başsağlığı verib.

APA-nın haberler.com-a istinadən verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyində İraq Türkmən cəbhəsinin sədri Erşad Salihini qəbul edən Türkiyə xarici siyasət idarəsinin rəhbəri Davudoğlu, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində 8 Azərbaycan əsgərinin həlak olmasına münasibət bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla telefonla danışdığını bildirən Davudoğlu, Qarabağ münaqişəsinin həll olunmamasının bu cür təxribatlara səbəb olduğunu qeyd edib. Davudoğlu Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin vacibliyini qeyd edib.

“Şəhid olan 8 Azərbaycanlı qardaşımıza görə xalqımız və dövlətimiz adından başsağlığı verirəm. 8 şəhidin kədərini ürəyimizdə hiss edirik”, deyə Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu bildirib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri