Əli Əhmədov: “Matəm elan etmək yox, düşmənə layiqli cavab vermək haqqında düşünməliyik”

Əli Əhmədov: “Matəm elan etmək yox, düşmənə layiqli cavab vermək haqqında düşünməliyik” "Biz müharibə şəraitindəyik. Baxmayaraq ki, atəşkəs elan olunub, hələ də şəhidlərimiz var. Güman edirəm ki, hərbiçilərimizin şəhid olması ilə əlaqədar matəm elan edilməsi məsələsi müzakirə olunaraq hökumət tərəfindən hər hansı bir reaksiya verilə bilər".

APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Hökumət rəsmisi hesab edir ki, bu gün Azərbaycan matəm elan etmək haqqında deyil, düşmənə layiqli cavab vermək haqqında düşünməlidir.

"Biz bu gün matəm elan olunması və matəm günü barədə düşünməkdənsə düşmənə layiqli cavab vermək haqqında düşünməliyik. Hesab edirəm ki bizi düşündürən birinci məsələ bundan ibarət olmalıdır. Bu axıdılan qanlar, itirilən hərbiçilər bir daha itirilməsin. Düşmən layiqli cavabını alsın və bilsin ki, hər tökülən qana görə layiqli cavabını alacaq".

Əli Əhmədovun sözlərinə görə, hadisələr bir daha onu göstərdi ki, Ermənistan bölgədə sülh üçün ən böyük təhlükədir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri