Azərbaycan MN cəbhə bölgəsinə zirehli texnika cəmləşdirilməsi barədə informasiyalara münasibət bildirib

Azərbaycan MN cəbhə bölgəsinə zirehli texnika cəmləşdirilməsi barədə informasiyalara münasibət bildirib Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhə bölgəsinə zirehli texnika cəmləşdirməsi barədə yayılan informasiyalara münasibət bildirib.


Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: "Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik”.

Qeyd edək ki, bu gün bəzi KİV-də Müdafiə Nazirliyin cəbhə bölgəsinə zirehli texnika toplaması barədə məlumatlar yayılıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri