Azərbaycanda 3 minə yaxın uşaq 15-17 yaşlı ana tərəfindən dünyaya gətirilib

Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il ölkədə 2 855 uşaq 15-17 yaşlı analar tərəfindən dünyaya gəlib. Onlardan 889-u şəhərlərdə, 1 966-sı isə kənd yerlərində doğulub.

15-17 yaşlı analar tərəfindən dünyaya gələn uşaqların sayı diri doğulanların ümumi sayına nisbətən 1.7% təşkil edib.
Ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ötən il 25 069 nəfə olub. Onlardan 10 892-si şəhər yerlərində, 14 177-si kənd yerlərində dünyaya gəlib. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı diri doğulanların ümumi sayına nisbətən 14.5% təşkil edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri