Düşmən münasibətdə olan sənətçilər Aygün Kazımova və Röya barışacaqlar.
live.az-ın məlumatına görə, ATV-nin "10lar" proqramı son buraxılışında bu barədə söhbət açılıb.
Dj Kazımın aparıcılıq etdiyi "Muleyli" radio - şousunda mövzu Röya Ayxan olub. Proqramla telefon bağlantısı yaradan Aygün Kazımova düşmən həmkarını müzakirə etməkdən çəkinməyib.
Kazımova Röyanın pis və yaxşı xüsusiyyətlərindən danışıb: "Röyanın pis cəhəti ətrafında olan insanların tələsinə düşməsidir. Bu bizim ikimizi də pis cəhətidir. Müsbət cəhəti odur ki, sənətini sevən və çox çalışqan biridir."
"10lar" verlişində sujet bitdiyində isə bu sözlər deilib: "Tezliklə Aygün Kazımova və Röya 100% "10lar"da barışacaqlar".