Təcrübəli həkim personalının dövlət müəssisələrindən özəl tibb sektoruna axınının qarşısı alınacaq
- 03.08.2014, 12:45,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan hökuməti özəl tibb sektoruna dövlət müəssisələrindən təcrübəli həkim personalı axınının qarşısının alınmasına çalışacaq.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə tərəflərin üzərinə götürdükləri öhdəliklər sırasında yer alıb.
Səhiyyə sistemində dövlət sektorunun prioritet rolunun saxlanması və özəl tibb sektoruna dövlət müəssisələrindən təcrübəli həkim personalı axınının qarşısının alınması məqsədi ilə səhiyyə işçilərinin maddi təminatının yaxşılaşdırılması, vətəndaşlara tibbi xidmətin dövlət təminatları əsasında ödənişsiz göstərilməsi davam etdiriləcək. İş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitariya-gigiyena normalarının işlənib hazırlanacaq.