Türkiyənin baş naziri cəbhədəki vəziyyətlə bağlı Azərbaycan prezidentinə zəng edib
- 03.08.2014, 21:53,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Türkiyənin baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib. Bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.
Dövlətimizin başçısı başsağlığına və diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin baş nazirinə və xalqına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.