Qarabağa gedən gürcü jurnalist Azərbaycandan deportasiya olundu

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın “Go Group Media” media qurumunun rəhbəri Marqarita Axvledianinin ölkəmizdən deportasiya olunması faktını şərh edib.

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərinə müvafiq razılaşma olmadan səfər etmək qanunsuzdur.

“Azərbaycanın işğal altında olan ərazilərinə müvafiq strukturlarla razılaşdırmadan səfər etmək qanunsuz hərəkətdir, bu addım Azərbaycan suverenliyinə hörmətsizlik nümayiş etdirmək, ölkəmizin qanunvericiliyini və beynəlxalq hüquq normalarını pozmaq deməkdir”.

Xatırladaq ki, Marqarita Axvlediani Bakıya treninqlər keçmək üçün gəlib. O işğal altında olan Dağlıq Qarabağ regionuna qanunsuz səfər etdiyinə görə saxlanıb və ölkədən deportasiya olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri