Lənkəranda 14 və 16 yaşlarında iki əmioğlu çayda boğulub
- 04.08.2014, 00:23,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəranda iki yeniyetmə çayda boğulub.
APA-nın məlumatına görə, hadisə avqustun 3-də axşam saatlarında rayonun Rvo kəndi ərazisində qeydə alınıb.
Rayonun Şağlakücə kənd sakini, 2000-ci il təvəllüdlü Rəvan Xəyyam oğlu Muradov və onun Sumqayıt şəhərindən qonaq gəlmiş əmisi oğlu, 1998-ci il təvəllüdlü Azər Rəhman oğlu Muradov Lənkərançayın kənddən keçən hissəsində çimərkən boğulub.
Hər iki yeniyetmənin meyiti yerli sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.