Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri sentyabrın 1-də qüvvəyə minəcək

Azərbaycanla Avropa Birliyi arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər bu il sentyabrın 1-də rəsmi olaraq qüvvəyə minəcək.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts deyib. O bildirib ki, Azərbaycan tərəfi ilə bu istiqamətdə iş davam etdirilir ki, proses zamanında həyata keçirilsin: “Biz bu sənədin uğurla həyata keçirilməsi üçün detallar üzərində işləyirik”.

Qeyd edək ki, Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi barədə saziş ötən il Vilnüs sammitində imzalanıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri