Kamran Əliyev Baş prokurorun müavini təyin edildi
- 05.08.2014, 21:14,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kamran Əliyevin Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Trend-in məlumatına görə, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıb ki, Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilsin.