Azərbaycan hərbçiləri I Qarabağ müharibəsində Monte Melkonyanın taborunda döyüşmüş erməni əsgəri məhv ediblər
- 06.08.2014, 00:45,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 4-də Murovdağda - Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər I Qarabağ müharibəsində erməni terrorçu, ASALA-nın liderlərindən olan Monte Melkonyanın taborunda döyüşüb.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, öldürülmüş erməni hərbçi 1971-cil il təvəllüdlü Aram Qriqoryandır.
Ermənistanın Araqat vilayətindən olan A. Qriqoryan rəsmi məlumata görə ön xəttə 2 gün əvvəl çıxıb.
Qeyd edək ki, A. Qriqoryan ötən gün Kəlbəcər rayonunun ərazisindəki döyüş mövqelərində Azərbaycan snayperləri tərəfindən öldürülüb.