"Miss Globe International" Gözəllik Müsabiqəsinin finalının yeni tarixi açıqlandı

89-cu "Miss Globe International" Gözəllik Müsabiqəsinin final tarixi dəyişdi.

Live.az-ın xəbətinə görə, "Miss Globe International"ın Global direktoru Savaş Agca 89-cu "Miss Globe International" Gözəllik Müsabiqəsinin final tarixi barədə açıqlama verib: "Müsabiqənin finalı bu ilin avqust ayının 27-si "Baku Crystal Hall"da baş tutacaq. Müsabiqəyə möhtəşəm şou ilə açılış ediləcək. Həmin gün demək olar ki, bütün dünyanın gözü Azərbaycanın paytaxtı Bakı şəhərində olacaq". Təşkilatçı onu da qeyd edib ki, "Miss Globe International" haqda ancaq onun mətbuata açıqlama vermə hüququ var. Mətbuatda müsabiqə haqda yazılacaq digər xəbərlər əsassızdır.

Xatırladaq ki, "Miss Globe International 2014"ün Azərbaycan üzrə rəsmi tərəfdaşı "Z Company 2007" şirkətidir. Müsabiqənin keçirilməsi üçün tərəflər rəsmi şəkildə müqavilə imzalayıblar.

Savaş bəy bəzi mətbuat orqanlarında müsabiqənin təxirə düşməsi barədə yazılan fikirlərə də aydınlıq gətirib: "Müsabiqənin təxirə düşməsi haqda söhbət gedə bilməz. Sadəcə bəlli səbədən tarixi dəyişdirilib. Biz bu müsabiqəni Azərbaycanda keçirməklə bir daha qardaş ölkəmizi dünyaya tanıtmaq məqsədindəyik. Hər kəsi müsabiqəyə tamaşa etməyə dəvət edirik. Müsabiqədə qonaq qismində tanınmış simalar- Demet Akalın, Gökhan Özen. İnna, Kaan&Radio Killer, Lolita, Gürkan Uygun, Asena və başqaları iştirak edəcəklər. Aparıcı Türkiyənin tanınmış aktrisa və aparıcısı Burcu Esmersoy olacaq. Bundan başqa, tanınmış dəb ustası Barboros SANSAL və başqa süpriz isimlər də müsabiqəyə təşrif edəcəklər. Müsabiqəni işıqlandırmaq üçün Türkiyədən Kanal D magazin, Star magazin, Show Tv magazin, Tv8 Magazin proqramlarının çəkiliş qrupu da gələcək. Müsabiqəmizin şüarı "Dünya Azərbaycana gəlir" adı altındadır.



"Miss Globe International" Gözəllik Müsabiqəsinin finalının yeni tarixi açıqlandı
"Miss Globe International" Gözəllik Müsabiqəsinin finalının yeni tarixi açıqlandı
"Miss Globe International" Gözəllik Müsabiqəsinin finalının yeni tarixi açıqlandı
"Miss Globe International" Gözəllik Müsabiqəsinin finalının yeni tarixi açıqlandı
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri