Çempionlar Liqasında pley-offa 4 vəsiqənin sahibi müəyyənləşib
- 06.08.2014, 11:09,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 5-də Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Live.az-ın ApA-ya istinadən verdiyi xəbərə görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Bu qarşılaşmalardan birində meydan sahibləri səfərdə qazandığı qələbənin təsadüf olmadığını isbatlamalı idı. Bunu “Qrasshoppers”lə oyunda “Lill” gerçəkləşdirməyə çalışib və istəyinə çatıb.
“Maribor”la “Debretsen” isə üstünlüyünü səfərdə qorumaq iddiasında idilər. "Maribor" istəyinə çatsa da, "Debertsen" evə məğlub qayıdıb. Belçika "Standard"ı isə evdəki qolsuz heç-heçənin əvəzini səfərdə çıxa bilib.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
6 avqust
BATE (Belarus) - “Debretsen” (Macarıstan) - 3:1
İlk oyun - 0:1
“Panatinaikos” (Yunanıstan) - “Standard” (Belçika) - 1:2
İlk oyun - 0:0
“Makkabi” (Təl-Əviv, İsrail) - “Maribor” (Slovaniya) - 2:2
İlk oyun - 0:1
“Lill” (Fransa) - “Qrasshoppers” (İsveçrə) - 1:1
İlk oyun - 2:0