Azərbaycan çempionu “Beşiktaş”la müqavilə imzalayıb
- 06.08.2014, 12:37,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rabitə”nin voleybolçusu Sanya Staroviçin “Beşiktaş”a keçidi rəsmiləşib.
ApA-nın məlumatına görə, 31 yaşlı serbiyalı hücumçu İstanbul təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırıb.
“Qara qartallar” Staroviçlə anlaşdıqlarını və onunla 1 illik müqaviləyə imza atdıqlarını açıqlayıblar.
Qeyd edək ki, 2008-ci ildən Bakı klubunun şərəfini qoruyan və son mövsümdə kapitan sarğısını daşıyan Staroviç “Rabitə” ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu adını qazanıb. O, həmçinin təmsilçimizin heyətində 1 dəfə mundialın və 2 dəfə Çempionlar Liqasının gümüş medalına yiyələnib.