Prezident İlham Əliyev cəbhə bölgəsindəki hərbi hissədə olub, sonra operativ müşavirə keçirilib
- 06.08.2014, 20:00,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev avqustun 6-da Ağdam rayonuna səfər edib.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı "N" saylı hərbi hissəyə gəldi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verdi.
Sonra Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim etdi.
Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirildi. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.