Bakıda yeraltı tunel tikilir [Foto]

Bakıda yeraltı tunel tikilir [Foto] Bakıda Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında yeraltı tunel və piyada keçidinin tikintisinə başlanılıb.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektinin Müzəffər Nərimanov və 5-ci köndələn küçələri ilə kəsişməsində ("Şəfa" stadionunun qarşısında) nəzərdə tutulan yeraltı tunel və piyada keçidinin layihələndirməsi və ərazi boyu kommunikasiya xətlərinin müəyyən hissəsinin köçürülməsi başa çatdırılıb.


2 gediş və 2 gəliş üçün nəzərdə tutulan tunelin uzunluğu 896 metr, eni isə 16,5 metr təşkil edəcək. Hazırda tunelin beton əsasının hazırlanması işləri gedir.


Uzunluğu 102 m, hündürlüyü 3,2 m planlaşdırılan piyada keçidinin isə giriş-çıxış hissələrinin bünövrələri qazılır.



Bakıda yeraltı tunel tikilir [Foto]
Bakıda yeraltı tunel tikilir [Foto]
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri