Elşad Xosedən söyüş videosu ilə bağlı açıqlama

Reper Elşad Xose şəhidlərin ruhunu təhqir etməsi və sosial şəbəkədə yaydığı söyüş videosu haqda rəsmi açıqlama yayıb.


“Qafqazinfo”nun məlumatına görə, reper “Youtube” kanalında yerləşdirdiyi video-çarxda onu səhv başa düşdüklərini bildirib: “Vətənpərvərlik ürəkdən gəlməlidir. Öz həyat tərzimə, oğlanlığıma, düşüncəmə güvənirəm. “Əsgər ölməlidir” sözlərini səhv başa düşüblər. Əsgərlikdə insanlar əlinə silah alıb döyüşə gedir. Formanı geyinən şəxs vətəni üçün vuruşmağa, vətəni üçün ölməyə gedir. Bu sözümə ilişərək məni təhqir və tənqid edənlər haqsızdır. Allah hər kəsə səbr versin. Gözləyirik ki, ali baş komandan əmr versin, öndə oxuya-oxuya gedəcəyik. Cəbhədə şəhid olan qardaşlarımıza rəhmət diləyirəm, onların ailələrinə “başınız sağ olsun” deyirəm. Onların yolunu gözləyən ailələrimiz vardı. Onları böyüdən analar sağ olsun. Vaxtı gələndə biz də öləcəyik. Sözsüz ki, vuruşacağıq, çalışacağıq ki, ölməyək”.

Xose yaydığı təhqiramız videodan da söhbət açıb: “Deyirlər mən o videonu yayanda hallı olmuşam. Mən 5 ildir hallı deyiləm. O sözlər mənim oğlanlığıma, vətənpərvərliyimdə şübhəsi olan şəxslərdir”.

Elşad Xose 18 dəqiqəlik video açıqlamasında Tolikə də söz atıb.

Sözügedən videonu təqdim edirik:


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri