Bakıda 75 yaşlı kişi özünü 9 mərtəbəli binanın damından atıb
- 07.08.2014, 10:46,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda intihar hadisəsi baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi 103 ünvanında qeydə alınıb.
Gəncə şəhər sakini, 1939-cu il təvəllüdlü Nazim Abidin oğlu Məmmədzadə özünü 9 mərtəbəli binanın damından atıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.