Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub
- 07.08.2014, 11:14,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Çempionlar Liqasının 2014-2015-ci il mövsümünün pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. ApA-nın məlumatına görə, III təsnifat mərhələsinin 15 qalibi yarışa birbaşa pley-offdan başlayacaq 5 kluba qoşulub.
Avqustun 8-də keçiriləcək püşkatma ərəfəsində 20 komanda öz UEFA reytinqinə görə səbətlərə bölünüb. Həm çempionlar, həm də öz ölkəsində daha aşağı yerləri tutanların reytinqinə əsasən potensial rəqiblərini bilib.
Çempionlar
Yüksək reytinqlilər:
“Zalsburq” (Avstriya), “Styaua” (Rumıniya), BATE (Belarus), APOEL (Kipr), “Ludoqorets” (Bolqarıstan)
Aşağı reytinqlilər:
“Maribor” (Slovaniya), “Legiya” (Polşa), “Slovan” (Slovakiya), “Malmö” (İsveç), “Olborq” (Danimarka)
Qeyri-çempionlar
Yüksək reytinqlilər:
“Arsenal” (İngiltərə)*, “Porto” (Portuqaliya)*, “Zenit” (Rusiya), “Bayer” (Almaniya)*, “Napoli” (İtaliya)*
Aşağı reytinqlilər:
“Atletik” (İspaniya)*, “Lill” (Fransa), “Kopenhagen” (Danimarka), “Standard” (Belçika), “Beşiktaş” (Türkiyə).
*işarəsi ilə mübarizəyə birbaşa pley-offdan başlayanlar göstərilib.