DİN: Beynəlxalq Hava Limanı ərazisində qətl qisas məqsədilə törədilib
- 24.05.2013, 14:33,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi Heydər Əliyev Beynəlxalq Hava Limanının avtomobil dayanacağında baş verən qətl hadisəsinə aydınlıq gətirib.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 23-də saat 14.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanının avtomobil dayanacağında Şərur rayon sakini Sahib Musayev tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus "VAZ-2106" markalı avtomaşında qisas məqsədilə Ordubad rayon sakini Alim Əhmədovu bıçaqla qətlə yetirib.
Sonra o, meyiti həmin avtomaşınla Nərimanov RPİ-yə gətirərək özü də könüllü olaraq təslim olub.