Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Live.az-ın məlumatına görə, qrup mərhələsində oynamaq iddiasında olan 62 komandanın təsnifat mərhələsində son rəqiblərinin adını bilib.
İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə iki Azərbaycan klubu – “Neftçi” və “Qarabağ”ın da kimlə oynayacağına aydınlıq gəlib.
Belə ki, Çempionlar Liqasında “Zalsburq”a uduzaraq, Avropa Liqasında mübarizə aparacaq Topaz Premyer Liqanın qalibinin bəxtinə yenidən Hollandiya “Tvente”si düşüb. 5 il öncə olduğu kimi, Qurban Qurbanovun yetirmələri qrup mərhələsinə yüksəlmək üçün yenidən Enshede təmsilçisi ilə üz-üzə gələcək.
Azərbaycan kubokunun sahibi də tanış rəqiblə qarşılaşacaq. Böyükağa Hacıyevin komandası 2 il Avropa Liqasının qrup mərhələsində qarşılaşdığı “Partizan”la münasibətinə aydınlıq gətirəcək.
Avropa Liqası
Pley-off mərhələsi
“Qarabağ” (Azərbaycan) - “Tvente” (Hollandiya)
“Neftçi” (Azərbaycan) - “Partizan” (Serbiya)
“Sarayevo” (Bosniya və Herseqovina) - “Borussiya” (M, Almaniya)
“Styarnan” (İslandiya) - “İnter” (İtaliya)
AEL (Kipr) - “Tottenhem” (İngiltərə)
“Astana” (Qazaxıstan) - “Vilyarreal” (İspaniya)
“Rux” (Polşa) - “Metallist” (Ukrayna)
“Zimbru” (Moldova) - PAOK (Yunanıstan)
“Apollon” (Kipr) - “Lokomotiv” (Rusiya)
“Trabzonspor” (Türkiyə) - “Rostov” (Rusiya)
HİK (Finlandiya) - “Rapid” (Avstriya)
“Spartak” (Slovakiya) - “Sürix” (İsveçrə)
“Dinamo” (Belarus) - “Nasional” (Portuqaliya)
“Karabükspor” (Türkiyə) - “Sent-Etyen” (Fransa)
“Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa)
“Panatinaikos” (Yunanıstan) - “Midtulland” (Danimarka)
“Dnepr” (Ukrayna) - “Hayduk” (Xorvatiya)
“Petrolul” (Rumıniya) - “Dinamo” (Xorvatiya)
“Zvolle” (Hollandiya) - “Sparta” (Çexiya)
“Asteras” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Riyeka” (Xorvatiya) - “Şerif” (Moldova)
“Feyenoord” (Hollandiya) - “Zarya” (Ukrayna)
“Lion” (Fransa) - “Astra” (Rumıniya)
PSV (Hollandiya) - “Şaxtyor” (Belarus)
“Qrasshoppers” (İsveçrə) - “Brügge” (Belçika)
“Real-Sosyedad” (İspaniya) - “Krasnodar” (Rusiya)
“Yanq Boyz” (İsveçrə) - “Debretsen” (Macarıstan)
“Lokeren” (Belçika) - “Hall Siti” (İngiltərə)
“Split” (Xorvatiya) - “Torino” (İtaliya)
“Elfsborq” (İsveç) - “Rio Ave” (Portuqaliya)
“Omoniya” (Kipr) - “Dinamo” (Moskva, Rusiya)
İlk oyunlar avqustun 21-də, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək.