Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib. APA-nın xəbərinə görə, püşkatmanın nəticələri belə olub:

“Beşiktaş” (Türkiyə) – Arsenal (İngiltərə)
“Atletik” (Bilbao, İspaniya) – “Napoli” (İtaliya)
“Lill” (Fransa) – “Porto” (Portuqaliya)
“Standard” (Lyej, Belçika) – “Zenit” (Rusiya)
“Kopenhagen” (Danimarka) – “Bayer” (Leverkuzen, Almaniya)
“Maribor” (Sloveniya) – “Seltik” (Şotlandiya)
“Zalsburq” (Avstriya) – “Malmö” (İsveç)
“Olborq” (Danimarka) – “Apoel” (Kipr)
“Styaua” (Rumıniya) – “Ludoqorets” (Bolqarıstan)
“Sloven” (Bratislava, Slovakiya) – BATE (Borisov, Belarus).

İlk matçlar avqustun 19-20-də, cavab oyunları isə avqustun 26-27-də keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri