Soçidə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

“Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.

N. Məmmədov bildirib ki, sabah (avqustun 10-da) Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq: “Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcək. Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaq”.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gedib. Ermənistan prezidenti Serj Sarkisyan da Soçiyə yola düşüb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri