Əhməd Davudoğlu: “Azərbaycan və Ermənistan arasındakı gərginlik Ukrayna böhranının bu bölgəyə təsirindən qaynaqlanır”
- 09.08.2014, 16:21,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu doğulduğu Konya vilayətində yayımlanan “Kon TV” kanalının qonağı olub.
APA-nın xəbərinə görə, nazirə son vaxtlar Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı sual da ünvanlanıb.
Ə. Davudoğlu bildirib ki, son hadisələrlə əlaqədar azərbaycanlı həmkarı Elmar Məmmədyarovla əlaqə saxlayıb və Türkiyənin birmənalı olaraq Azərbaycanın yanında olduğunu söyləyib.
Türkiyə xarici işlər nazirinin fikrincə, Azərbaycan və Ermənistan arasında yaranan bu gərginlik Ukraynadakı böhranın bu bölgəyə təsirindən qaynaqlanır.