Nabranda 35 yaşlı sərxoş kişi dənizdə çimərkən batıb
- 10.08.2014, 10:41,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xaçmaz rayonunun Nabran qəsəbəsində sərxoş halda dənizdə 1979-cu il təvəllüdlü Ruslan Ağayar oğlu Quliyev çimərkən batıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bədbəxt hadisə “Nabran” sularda xilasetmə məntəqəsindən, təxminən, 7 km məsafədə, nəzarət olunmayan ərazidə baş verib.
R.Quliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 400 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:52-də başa çatıb.