İlham Əliyev: "Ümid edirik ki, yaxın zamanda danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun həllinə nail olunacaq"

İlham Əliyev: "Ümid edirik ki, yaxın zamanda danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun həllinə nail olunacaq" Dağlıq Qarabağ məsələsi öz həllini tələb edir, bu problem uzun müddətdir davam edir. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya və Ermənistan prezidentləri ilə üçtərəfli görüşdə deyib.


İlham Əliyev Vladimir Putinə müraciət edərək deyib: "Ümid edirəm ki, sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə yeni təkan verəcək. Sizin qeyd etdiyiniz kimi, artıq danışıqların formatı mövcuddur, həmçinin münaqişənin tənzimlənməsi üçün hüquqi baza var".


Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın torpaqlarından erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "Təəssüf ki, 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalıb... Düşünürəm ki, Rusiyanın bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, əlbəttə ki, tənzimləmə prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar yolu ilə, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllini tapacağıq".
Şərhlər
Siyasət bölməsinin xəbərləri