Azərbaycanda qadın və kişilərin daha çox hansı orqanların bədxassəli şişlərindən əziyyət çəkdiyi açıqlanıb

2013-cu ildə 9.1 min nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər 100 000 nəfərinə hesabı ilə bu bu göstərici 98 nəfər təşkil edib.

2014-cü ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrinə bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 371 nəfər olub.

Qadınlar arasında süd vəzinin, uşaqlıq boynunun, mədənin, yumurtalığın, kişilər arasında isə traxeyanın, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların, eləcə də düz bağırsağın bədxassəli şişləri ilə xəstələnmə halları daha çox olub.
Şərhlər
Sosial bölməsinin xəbərləri