Mahmud Əhmədinejad: İran və Azərbaycan arasında qədim tarixə malik münasibətlərin daha da möhkəmlənəcəyinə əminəm
- 24.05.2013, 15:49,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi, həmçinin dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qədim tarixə malik gözəl münasibətlərin olduğunu nəzərə alaraq, gələcəkdə də bu əlaqələrin hər iki ölkənin xalqlarının qarşılıqlı mənafeyi istiqamətində daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə, eləcə də dünyada davamlı sülh və təhlükəsizliyin bərqərar olacağına əminliyimi bildirirəm.
Uca Tanrıdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dost dövləti və xalqına isə tərəqqi və səadət diləyirəm".