Azərbaycana müvəqqəti gətirilən “Avro-4” standartına cavab verməyən avtomobillər üçün tələb olunan təsdiqedici sənədlərin siyahısı açıqlanıb
- 12.08.2014, 08:18,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Gömrük Komitəsi (DGK) “Avro-4” standartına cavab verməyən avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsi zamanı gömrük rəsmiləşdirilməsi üçün tələb olunan təsdiqedici sənədlərin adını açıqlayıb.
Komitədən APA-ya verilən məlumata görə, qeyri-rezident fiziki şəxslər tərəfindən xarici ölkələrdə daim qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqələrinə aid Avro-4 ekoloji norma və standartlarına uyğun olmayan avtonəqliyyat vasitələri və onların qoşquları (yarımqoşquları) Azərbaycanın gömrük ərazisinə müvəqqəti olaraq gətirilərkən gömrük orqanlarına 5 təsdiqedici sənəd-bəyannamə, passport, avtonəqliyyat vasitəsinin mənsub olduğu ölkədə daimi qeydiyyatda olmasını təsdiq edən sənəd (dövlət qeydiyyat şəhadətnaməsi), avtonəqliyyat vasitəsi mülkiyyətçi tərəfindən deyil, digər şəxs tərəfindən istifadə olunduqda həmin şəxs barəsində verilmiş vəkalətnamə və avtonəqliyyat vasitəsi viza rejimi tətbiq olunan ölkələrdən gətirildikdə viza və ya tələb olunduğu halda şəxsə Azərbaycan Respublikasında müvəqqəti yaşama üçün verilmiş icazə vəsiqəsi və ya müvəqqəti olma müddətinin uzadılması haqqında qərar təqdim etməlidir.
Qeyd edək ki, avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi, və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı, və ya Azərbaycan Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq.
Xatırladaq ki, Azərbaycan “Avro-4” standartına cari ilin aprelin 1-dən keçib.