Rihannadan azərbaycanlı milyarderə cəlbedici təklif

Dünya şöhrətli müğənni Rihanna Fransanın "Lans" klubunu azərbaycanlı oliqarx Hafiz Məmmədovdan satın almaq niyyətindədir.

Fransız mətbuatının yaydığı məlumata görə, Rihannaya klubu almaq təklifini dostu Didye Droqba məsləhət görüb.

Qeyd edək ki, Hafiz Məmmədov maddi sıxıntı içində olan klubun səhmlərinin böyük əksəriyyətini bu ilin fevral ayında alaraq "Lans"ın sahibi adını qazanıb. Komandanın güclülər dəstəsində çıxışını təmin edəcəyini və islahatların aparılacağını desə də ölkə futbol federasiyasına nəzərdə tutulan 19 milyon dolları köçürməkdən imtina edib. Komandanın 1-ci dəstədə qalması isə klub azərkeşlərinin narazılığına səbəb olub. Rihannanın Tvitter səhifəsində klubu almaqda maraqlı olduğu vurğulansa da cəlbedici təklifin nədən ibarət olduğu barədə bildirilmir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri