Braziliyada baş vermiş təyyarə qəzasında ölkə prezidentliyinə namizəd ölub

Braziliyanın Santos şəhərində təyyarənin qəzaya uğraması nəticəsində ölkə prezidentliyinə namizəd Eduardu Kampoş həlak olub.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, özəl kiçik təyyarə qəza zamanı 2 evə və gimnaziyanın binasına çırpılıb.

Azı 10 nəfərin xəsarət aldığı bildirilir.

Hadisənin təfərrüatları, ölən və yaralananların dəqiq sayı müəyyənləşdirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri