Moskvada dörd naməlum şəxs Azərbaycan vətəndaşının avtomobilinin şüşəsini sındıraraq 250 min dollarını oğurlayıblar
- 17.08.2014, 11:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvada dörd naməlum şəxs Azərbaycandan gəlmiş şəxsin maşınının şüşəsini sındıraraq 9 milyon rublunu (təxminən 250 min dollar) oğurlayıblar.
APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası DİN-in Moskva üzrə baş idarəsindən bildirilib.
Qeyd olunub ki, oğurluq hadisəsi avtomobil svetoforun qırmızı işığında dayanarkən baş verib.
31 yaşlı Azərbaycan vətəndaşı “Mercedes” avtomobili ilə Moskva vaxtı ilə saat 16:00-da Çaqinskaya küçəsi ilə V. Polya küçəsinin yolayrıcında svetoforda gözləyərkən sağda dayanmış “Nissan”dan düşən 4 silahlı şəxs armaturla onun avtomobilinin şüşəsini sındırıb, hədələyərək, maşındakı 9 milyon rublu götürüblər.
Zərərçəkmiş “Nissan”ın Lyublino istiqamətində uzaqlaşdığı deyib.
Hadisə ilə bağlı cinayət işi açılıb.