Kiyev Rusiyanın göndərdiyi yükün humanitar yardım olduğunu etiraf edib

Ukrayna hakimiyyəti Rusiyadan gələn avtomobil karvanındakı yükün humanitar yardım olduğunu etiraf edib.

APA-nın “Gaszeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.

Ukrayna sosial siyasət naziri Lyudmila Denisova Rusiya yükünün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) himayəsi altında humanitar yardım olması barədə əmr imzalayıb. Humanitar yükü alan tərəf BQKX-nın Ukraynadakı missiyasıdır.
Şərhlər
Dünya bölməsinin xəbərləri