Şabranda “Chevrolet Niva” piyadanı vurub öldürüb
- 17.08.2014, 12:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün axşam saatlarında Şabranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi xəbərə görə, hadisə Şabran-Taxtalar-Zeyvə yolunun 1-ci kilometrliyində qeydə alınıb. Şabran rayon sakini 1994-cü il təvəllüdlü Qasımov Mənsur Camaləddin oğlunun idarə etdiyi 10-VS-740 dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı maşınla Şabran rayon sakini 1997-ci il təvəllüdlü Şahbazov İlkin Nəbi oğlunu vurub. Piyada Şahbazov aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Şabran Rayon Polis bölməsindən APA-ya verilən məlumata görə faktla bağlı 263.2 maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar davam edir.