“ASAN xidməti” əməkdaşlarına xüsusi imtiyazlar verildi
- 24.05.2013, 16:00,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisin cümə günü keçirilən iclasında Azərbaycanda yeni yaradılan "ASAN xidmət" mərkəzinin əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması üçün onlara xüsusi güzəştlər verilməsi qəbul olunub.
Trend-in məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, bununla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilib.
Maddəyə edilən dəyişikliyə əsasən, xidmət işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatının yaxşılaşdırılması üçün daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi "ASAN xidməti"nin hesabına köçürüləcək.
Layihə müzakirələrdən sonra qəbul olunub.