Xaçmazda 18 yaşlı gənc dənizdə sərxoş halda çimərkən batıb
- 19.08.2014, 10:37,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xaçmazda ötən gün axşam saatlarında 18 yaşlı gənc dənizdə batıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda dənizdə (“Seyidli” sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Əliağa Yaşar oğlu Əliyev sərxoş halda çimərkən batıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. Ə. Əliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.