ABŞ Suriyanın kimyəvi silah ehtiyatının tam məhv edildiyini elan edib

ABŞ Suriyanın kimyəvi silah ehtiyatının məhv edilməsi istiqamətində işləri yekunlaşdırıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun bəyanatında bildirilir.  
 
Pentaqonun rəsmi nümayəndəsi kontradmiral Con Kirbi bəyanatında qeyd edib ki,  kimyəvi silah ehtiyatının məhv etdirilməsi üzrə əməliyyat çox yüksək peşəkar səviyyədə təhlükəsizliyə tam riayət olunmaqla həyata keçirilib. Bundan başqa, o qeyd edib ki, əməliyyat zamanı ətraf mühitə heç bir zərər dəyməyib. 
Şərhlər
Dünya bölməsinin xəbərləri