Yaponiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 39-a çatıb

Yaponiyanın Hirosima şəhərində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 39-a çatıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, daha 7 nəfərin olduğu yer məlum deyil.

Təbii fəlakət zonasına 500-ə yaxın hərbi qulluqçu cəlb olunub.

Hazırda şəhərdə xilasetmə işləri davam edir, 764 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri