Türkiyə prezidentinin andiçmə mərasimində Azərbaycanı spiker Oqtay Əsədovun təmsil etməsi gözlənilir

Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin təmsil etməsi gözlənilir.



APA-nın Türkiyənin rəsmi Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, artıq andiçmə mərasimində iştirak edəcək heyətlər dəqiqləşir.



Məlumata görə, mərasimdə 14 ölkəni prezident və dövlət rəhbəri, 8 ölkəni baş nazir, bir neçə ölkəni parlament sədri, digərlərini isə nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri təmsil edəcək.



Mərasimdə Rusiya və İranı xarici işlər nazirləri Sergey Lavrov və Mohammed Cavad Zarifin təmsil edəcək. ABŞ-dan gələcək heyət rəhbərinin adı isə hələlik bəlli deyil. Çin Xalq Respublikası da tədbirə xüsusi nümayəndə göndərəcəyini bildirib.



Qeyd edək ki, R.T. Ərdoğan bu il avqustun 11-də keçirilmiş seçkilərdə Türkiyə prezidenti seçilib.

Şərhlər
Siyasət bölməsinin xəbərləri