Ukrayna prezidenti Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb
- 26.08.2014, 00:45,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar verib.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Twitter “ səhifəsində prezidentin mətbuat katibi Svyatoslav Tseqolko məlumat yayıb.
“Prezident Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb, çünki bu yeganə düzgün və məsuliyyətli qərardır”, deyə o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, Pyotr Poroşenko demokratik siyasi qüvvələri seçkilərə vahid Ukrayna və Avropa meyilli komanda qismində getməyə çağırıb”.