Azərbaycan prezidenti Allahşükür Paşazadəni 65 illik yubileyi münasibətilə təbrik edib
- 26.08.2014, 19:58,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəni 65 illik yubileyi münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, məktubda prezident Allahşükür Paşazadəyə Azərbaycan xalqının milli-mədəni zənginliklərinin, mədəni-əxlaqi sərvətlərinin qorunub saxlanması və ənənəvi dini dəyərlərə sadiqliyinin təmin olunması istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Prezident məktubunda Şeyxi sanballı araşdırmaları olan ilahiyyatçı alim və böyük nüfuza malik insan kimi xarakterizə edib, onun iştirakı ilə müstəqillik illərində müqəddəs kitabımız Quranın tərcüməsinin nəşrə hazırlanmasını xalqımızın dini maariflənməsinə misilsiz ərməğan adlandırıb.